Avropa Birliyi Rusiyanı hədələdi Dünya

Avropa Birliyi Rusiyanı hədələdi

Rusiya XİN isə Ukrayna və Moldovaya ağır nəticələr vəd etdi

Moskva iyunun 30-dək Ukraynadakı böhranın həlli istiqamətində addımlar atmasa, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.
APA-nın "İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin Brüsseldəki toplantısı zamanı qəbul olunan sənəddə deyilir.
Avropa Birliyi ölkələrinin liderləri qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar istənilən vaxt qəbul oluna bilər.
Rusiya isə bəyan edib ki, Ukrayna və Moldovanın Avropa Birliyi ilə imzaladığı saziş ağır nəticələrə səbəb olacaq. BBC-nin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.