Ermənilər Moskvada mitinq keçirəcəklər Dünya

Ermənilər Moskvada mitinq keçirəcəklər

Sputnik. Ermənistanda həbsdə olan sabiq prezident Robert Koçaryanın tərəfdarları Moskvadakı Ermənistan səfirliyi qarşısında mitinq keçirmək niyyətindədirlər. Paşinyan "diplomat ovu"na çıxdı, ilk "nişangahda" Sarqsyanın kürəkənidir
Sputnik Ermənistan xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb. Səfirlik Ermənistan vətəndaşlarını Rusiya qanunvericiliyinin tələblərinə riayət etməyə və icazəsiz hərəkətlərdən çəkinməyə çağırıb.
"Sosial şəbəkələrdə 22 dekabr 2018-ci ildə Moskvada səfirlik önündə mitinqlərin keçirilməsinə dair məlumat yayılır. Bununla əlaqədar xatırladırıq ki, Rusiya qanunvericiliyinə əsasən ictimai tədbirlər (toplaşma formasında aksiyalar, nümayişlər, yürüşlər və ya piket) müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilməlidir" - deyə səfirliyin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan cari il dekabrın 7-də həbs olunub.