ABŞ və Çin ticarət sazişi imzalamaq barədə razılığa gəliblər
İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk insandır
Macarıstanda "Paks" Atom Elektrik Stansiyasında qəza baş verib
Səkidə sərnişin mikroavtobusu ağaca çırpılıb, xəsarət alan var
Polşa döyüş təyyarələri Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib
14 Noyabr 2019 15:31
1 792
Belarus qərb sərhədlərində Rusiyanın müdafiə funksiyasını gerçəkləşdirir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Moskvanın Belarusa Su-30CM qırıcılarını tədarük etməkdə yardım etmək istəmədiyini bildirib:
“Biz Rusiya Federasiyası istiqamətində müdafiə funksiyasını icra edirik. O zaman bizə niyə kömək edilməməlidir? Niyə bizə müasir silah tədarük olunmamalıdır? Belarus hərbçiləri bu silahla rusiyalılardan heç də pis davranmadıqlarına rəğmən Belarus bu təyyarələr üçün həddən artıq böyük pullar ödəmək məcburiyyətindədir”.
Qeyd edək ki, Belarus bundan öncə Rusiyadan Su-30CM təyyarələri alıb. Minsk bu addımı öz döyüş aviasiyasını inkişaf etdirmək və Rusiya bazasının ölkədə açılmasına imkan verməmək üçün atıb.