Cari ildə qeyri neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7%-ə yaxın artıb İqtisadiyyat

Cari ildə qeyri neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7%-ə yaxın artıb

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,3 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz-bənd çox) təşkil etməklə 10 milyard 981 milyon manat olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu proqnozla müqayisədə 329,1 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 703,8 milyon manat və ya 6,8 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 64,3 faizini və ya 7064,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 faizini və ya 3143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 faizini və ya 350,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,6 faizini və ya 394,0 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8198,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur