Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
10 Dekabr 2019 13:11
1 533
2019-cü ilin III rübündə Gürcüstana qoyulan birbaşa investisiyaların ümumi həcmi 13,7% artıb.
Bu barədə məlumatı Gürcüstan Milli Statistika Xidməti yayıb. Bu dövrdə ölkəyə qoyulan investisiyaların həcmi 417,3 milyon dollar təşkil edib.
İyuldan sentyabra qədərki dövr ərzində investisiya yatırımında lider mövqeyində Britaniya, Niderland və Türkiyə qərarlaşıb. Bu ölkələrin Gürcüstana yatırdığı investisiyalar 189,8 milyon dollar olub ki, bu da ümumi investisiyaların 45,5%-dir.
Xarici investorların Gürcüstanda daha çox maliyyə sektoru, emal sənayesi, mehmanxanalar və restoranlara yatırım etdiyi bildirilib. Bu sahələrə yatırılan sərmayələr ümumi investisiyaların 45,8%-ni təşkil edib.
Bununla belə yanvardan-sentyabra qədərki dövr ərzində Gürcüstana qoyulan ümumi investisiya həcmi ötən illə müqayisədə 17% azalaraq, 908,9 milyon dollar olub.