Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli 175,6 milyon manat təşkil edir
Husilər Səudiyyə Ərəbistanının zərbə dronunu vurduqlarını açıqlayıblar
Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib
4 Fevral 2020 13:30
2 940
Tehran İran nüvə proqramı sahəsində casusluq etdiyinə görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu olduğu güman edilən şəxsi ölüm cəzasına məhkum edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmayili deyib.
“MKİ-nin casuslarından biri olan Əmir Rəhimpur haqda ölüm hökmü çıxarılıb. Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb. O, İran atom proqramı ilə bağlı informasiyanı ABŞ kəşfiyyatına ötürməyə cəhd edib”, – deyə o bildirib.