İspaniyada bir gündə 440 nəfər koronavirusdan ölüb Dünya

İspaniyada bir gündə 440 nəfər koronavirusdan ölüb

İspaniyada son sutkada 440 nəfər koronavirusdan vəfat edib.
APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə bu günə kimi COVID-19 virusuna yoluxaraq ölənlərin sayı 22 157 nəfərə çatıb.
İndiyədək İspaniyada 213 000 nəfər COVID-19 virusuna yoluxub, onlardan 89 000 nəfəri sağalıb.