İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
12 May 2020 17:47
2 674
Rusiya Xarici İşlər naziri Sergey Lavrov koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasından sonra MDB ölkələri arasında sərhədlərin açılması ehtimalına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən görüşünün yekunları ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında S. Lavrov sərhədlərin açılması qərarını Xarici İşlər nazirliklərinin vermədiyini bildirib.
“Bu barədə qərarı sanitar hakimiyyət verir. Biz bu gün keçirilən iclasda məhz bu barədə də danışdıq, ölkələrimizin bir-birinə verdiyi dəstəyi qeyd etdik. Rusiya MDB ölkələrinə koronavirusu müəyyən edən test sistemlərini və avadanlıqları göndərib. Rusiya özü də bu məsələdə yardım alıb. Biz MDB ölkələri ilə vətəndaşlarımızın ölkəyə gətirilməsi istiqamətində əməkdaşlıq edirik. MDB-dən olan tərəfdaşlarımıza da bu istiqamətdə yardım edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.