Yaponiyada üçüncü və sonrakı uşaqlara görə 62 min dollar ödəniş təklif olunur
"Starlink"ə rəhbərlik edən "SpaceX" vitse-prezidenti şirkətdən ayrılıb
Macarıstan Aİ büdcəsindən Ukraynaya 100 milyard avro ayrılmasına qarşı çıxıb
Filippo Fransanın aqrar bazarları itirməsində Aİ sanksiyalarını günahlandırıb
19 May 2020 13:22
2 415
Belarus tərəfindən alınan ABŞ nefti ilə yüklənmiş ilk tankerin Litvanın Klaypeda limanına iyunun 5-dək gəlməsi gözlənilir.
Bunu RİA "Novosti"yə Belarusun "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.
Qeyd edək ki, tanker 80 min ton həcmində ABŞ neftini Klaypedaya gətirəcək.
"Tanker mayın 16-da Texasdakı Bomont limanından yola salınıb. Onun Klaypeda limanına iyunun 5-dək gəlməsi gözlənilir", - deyə A. Tişenko qeyd edib.
O həmçinin bildirib ki, limandan neft "Naftan" Neft Emalı Zavoduna daşınacaq və bunun üçün təxminən 10 gün vaxt tələb olunacaq.