Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötüb Dünya

Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötüb

Rusiyada son sutka ərzində daha 8946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 353 427 nəfərə çatıb.
Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3633 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 118 798 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.