Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
26 May 2020 23:29
2 205
Fransada yeni növ koronavirus infeksiyasının qurbanlarının sayı 28 530 nəfərə çatıb, hazırda 16 264 nəfər hələ də xəstəxanalardadır.
Bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.
“COVID-19 diaqnozu ilə 16 264 nəfər xəstəxanaya yerləşdirilib, bir həftə əvvəl bu rəqəm 18 468 nəfər idi. Son 24 saatda daha 318 nəfər xəstəxanaya müraciət edib”, - deyə idarə bildirib.
Yoluxanlardan 1555 nəfərin vəziyyəti ağır hesab olunur, onlar reanimasiya şöbələrinə yerləşdirilib.
“Epidemiyanın başlanğıcından bəri 100 841 nəfər xəstəxanaya çatdırılıb, onlardan 17 807 nəfəri isə reanimasiyalara yerləşdirilib. 65 879 nəfər evə buraxılıb. İndiyədək 28 530 nəfər dünyasını dəyişib, onlardan 18 195-i xəstəxanalarda, 10 335-i isə qocalar evlərində və digər tibbi-sosial müəssisələrdə ölənlərdir”, - məlumatda belə deyilir.