
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Fateh Sultan Mehmetin Londonda keçirilən hərracda satın alınan portreti İstanbula gətirilib.
AZƏRTAC xəbər verir ki, sultanın günümüzədək gələn üç orijinal portretindən biri olan bu rəsm əsəri bu il iyunun 23-də çıxarıldığı hərracda İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən 770 min sterlinqə alınıb.
Gömrük işləri davam edən rəsm əsərinin qısa müddət ərzində İBB-nin Saraçhanedəki binasına gətirilməsi gözlənilir.
COVID-19 pandemiyası ilə əlaqədar portretin bir müddət saxlanıldıqdan sonra, bu il sentyabr-oktyabr aylarında sərgilənməsi planlaşdırılır.
Qeyd edək ki, portretin XV əsrdə italiyalı rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur. Belə ki, “Sultan II Mehmet, mövqe sahibi gənc ilə birlikdə” adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir. O zamanlar venesiyalılarla imzalanan “İstanbul sazişi”nin maddələrindən biri də dövrün ən yaxşı rəssamlarından birinin Fatehin rəsmlərini hazırlamaq üçün İstanbula gəlməli idi. Bu vəzifə Gentile Belliniyə tapşırılır. O, Osmanlı paytaxtına gələrək 1479-1481-ci illər arasında sarayda qalaraq Fateh Sultan Mehmetin portretlərini hazırlayır.
Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da, onun üç şahzadədən biri olduğu düşünülür.