Ukrayna NATO-dan əlini üzdü Dünya

Ukrayna NATO-dan əlini üzdü

Yens Stoltenberq: "Ukraynaya hərbi təhçizat cəhətdən kömək etmək iqtidarında deyilik"

Cavid

Ukrayna ordu birləşmələri Donetsk hava limanının nəzarət etdiyi terminal hissələrindən geri çəkilib. Onlar ərazidən geri çəkilməzdən öncə nəzarət etdikləri postları partladıblar. Buna səbəb isə rusların və separatçıların hava limanına hücum etməsidir. Ukrayna mətbuatının verdiyi xəbərə görə, hazırda hava limanı ətrafında intensiv atışmalar davam etməkdədir.
O da bildirilib ki, Donetsk aeroportunu separatçılar və Rusiya hərbçilərdən müdafiə edən "kiborq"ların ələ keçirdiyi döyüşçü Moskvanı "ələ " verib.
Ukrayna mediasının verdiyi məlumata görə, sorğu-suala tutulan separatçı onların bütün komandirlərin Moskvadan olduğunu bildirib.
Onun özü isə Donetskdəndir.
Xatırladaq ki, dünən Ukrayna mediası Donetsk aeroportu uğrunda gedən döyüşlərdə Rusiya xüsusi təyinatlıları böyük itki verdiyini xəbər verib.
"Quldurlar Donetsk aeroportuna hücüm etməkdə davam edirlər. Hücuma Rusiya xüsusi təyinatlı dəstəsinin hərbçiləri cəlb edilmişdilər. Bizim uşaqlarımız rəqibin hücumunun növbəti dəfə dəf ediblər. Rəqib böyük itkilərlə geri çəkilib", - məlumatda deyilirdi.
Kiyev və Qərbin iddialarına baxmayaraq, Moskva Rusiya hərbçilərinin Donbas hövzəsində olmadığını iddia edir.
Rusiyapərəst yaraqlıların əlində olan Donetsk hava limanında müvəqqəti atəşkəs razılığı əldə olunub. Bu haqda məlumatı isə Ukrayna silahlı qüvvələrinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, bu razılıq hava limanının yaxınlığında Ukrayna və Rusiya rəsmilərinin görüşündə əldə edilib. Qeyd edək ki, sentyabr ayında separatçılarla Ukrayna hakimiyyətinin atəşkəs sazişi bağlamasına baxmayaraq son vaxtlar hava limanı ətrafında döyüşlər qızışıb.
Son 24 saat ərzində hava limanında Ukraynanın üç əsgəri həlak olub. Ümumilikdə isə aprelin ortasından Ukraynanın şərqindəki döyüşlərdə 4.300-dən çox adam həlak olub.
Bu arada ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib. Moskva ilə Tehran arasında "neft əvəzinə məhsul" sövdələşməsinin İrana qarşı tətbiq olunmuş sanksiyalara zidd olduğu müəyyənləşərsə, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.
C. Psaki Rusiya ilə İran arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə dair danışıqlardan xəbərdar olduqlarını söyləyib: "Biz bu müzakirələri izləməyə davam edəcəyik. Konkret detalları bilmirik. Əgər sanksiya altına düşən sövdələşmələr olarsa, biz müvafiq addımlar atacağıq".
Qeyd edək ki, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev yaxın vaxtlarda İrandan alınacaq neftin əvəzində bu ölkəyə buğda və sənaye məhsullarının göndərilməsinə başlanacağını bildirib.
Sosial şəbəkələrdə isə Rusiyanın Donbas hövzəsinə "humanitar yardım" adı altında göndərdiyi yüklərin şəkilləri yayılıb.
Ukrayna mediasına istinadən verdiyi məlumata görə, şəkillər "Euromaidan Press" nəşrinin əməkdaşlarından olan Tomas Seyner tərəfindən çəkilib.
Şəkillərdən görünür ki, "humanitar yardım" adı altında göndərilən yüklər silah, hərbi təchizat və hərbi təyinatlı cihazlardan ibarətdir.
Qeyd edək ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin avtomobillərindən ibarət "humanitar yardım" karvanının növbəti partiyası noyabrın 30-da Luqansk və Donetsk vilayətlərinə çatdırılıb. Ukrayna tərəfi yüklərin tərkibindən xəbərsiz olduğunu bildirir.
Vladimir Putinin sabiq məsləhətçisi Andrey İllarionov "Hromadske.TV"nin efirində çıxış edərkən deyib ki, Rusiya prezidenti Vladimir Putinin planları Maydanda sındırıldı.
"Putin Ukrayna vətəndaş cəmiyyəti haqqında düşüncələrdə ciddi səhvə yol verdi. O, Maydanda baş verəcək hadisələri qabaqcadan görmürdü. O, qabaqcadan görə bilmədi ki, Maydan üç ay duracaq və qalib gələ biləcək", - İllarionov deyib.
Putinin sabiq məsləhətçisinin sözlərinə görə, Rusiyanın dövlət başçısı hazırda da Ukrayna cəmiyyətinin nəyə qadir olduğunu anlamır.
NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, alyans Ukraynaya hərbi təhçizt cəhəddən kömək etmək iqtidarında deyil.
Baş katib deyib ki, təmsil etdiyi qurum münaqişə başyan gündən Ukraynaya dəstək verib. Amma artqı NATO-nun Ukraynaya hərbi yarım etməyə imkanı yoxdur.
"NATO-ya üzv dövlətlər isə Ukrayna ilə qarşılıqlı əlaqələr prinsipi əsasında bu ölkə ilə istənilən formada əməkdaşlıqlarını davam etdirə bilərlər", - Stoltenberq əlavə edib.