“Azərbaycan müşahidəçi statusu almaq üçün müraciət edib” Dünya

“Azərbaycan müşahidəçi statusu almaq üçün müraciət edib”

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi açıqlama verib

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Dmitri Mezentsev deyib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı Suriya, Belarus, Ermənistan və Banqladeş də müşahidəçi statusu almaq üçün müraciət ediblər.
D. Mezentsev 2013-cü ilin martında Ukrayna xarici işlər nazirindən dialoq üçün əməkdaşlıq statusu almaqla bağlı müraciət daxil olduğunu, 2014-cü ilin iyulunda isə müraciətin şifahi şəkildə dəstəkləndiyini bildirib: "Bizim üçün bu müraciətlər olduqca vacib və dəyərlidir. Bu bizim təşkilatın fəaliyyətinə olan diqqətdir. Bu onu göstərir ki, nadir beynəlxalq birlik olan Şanxay Əməkdaşlıq Təşkilatı böyük nüfuz qazanıb və regionda təsir gücünə malikdir".