Tiqran Koçaryan:”Bu kütlənin idarə olunması hakimiyyət üçün problem yaradacaq” Dünya

Tiqran Koçaryan:”Bu kütlənin idarə olunması hakimiyyət üçün problem yaradacaq”

Ermənistan hakimiyyəti və yaradaılması planlaşdırılan əldəqayırma müxalifət cəmiyyətin narazı hissəsinin öhdəsindən gəlmək üçün birləşəcək və ölkədə əsl müxalifətdə olan düşüncə sahiblərini boğacaqlar. Bu fikri erməni ekspert Tiqran Koçaryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın daxili siyasi həyatında son ayda əhəmiyyətli dəyişikliklər olub:" Xüsusilə, ötən həftə böyüklüyünə görə ikinci parlament fraksiyasına malik olan "Çiçəklənən Ermənistan" partiyasının rəhbərliyi dəyişdi. Martın 5-də partiyanın qurultayında Qaqik Sarukyan sədrliyi tərk etdi, onun yerinə deputat Naira Zoqrabyan seçildi və "Çiçəklənən Ermənistan" partiyasının müxalifətə keçidini elan etdi".
O deyib: "Problem ondan ibarətdir ki, ən böyük müxalifət partiyası məhv edildi, amma narazı cəmiyyət qaldı. Bu gün ölkədə narazı qüvvələr 70%-ə çatır. Bu kütlənin idarə olunması hakimiyyət üçün problem yaradacaq. Hadisələr iki istiqamətdə inkişaf edə bilər".
Onun sözlərinə görə, birincisi, tezliklə Erməni Milli Konqresindən olan deputat Nikola Poşinyanın, "İrs" partiyasından deputat Zarui Postandjyanın liderliyi ilə yeni müxalifət yaranacaq. İkincisi, yeni müxalifət xadimləri arasında birlik yaranmasa, müxalifət düşərgəsini boğmaq çox asan olacaq.