26 Dekabr 21:04
26 Dekabr 20:22
22 İyul 2022 13:27
2 254
Şuşa beynəlxalq media forumunun qlobal səviyyəyə çatmaq potensialı var.
Bunu TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman forumda bildirib.
"Tezliklə Azərbaycan jurnalistikası 150 illik yubileyini qeyd edəcək və mən həqiqətən ümid edirəm ki, o vaxta qədər Beynəlxalq Media Forumu qlobal səviyyəyə çatacaq", - Quzman deyib.
O, 44 günlük müharibə zamanı Azərbaycanın beynəlxalq aləmdə, xüsusilə də mediada üzləşdiyi ədalətsizliyi də xatırladıb.
"Bu gün və əbədi olaraq Şuşa və Qarabağ Azərbaycanındır və bu həqiqət dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu, media forumunun vəzifələrindən biridir", - M.Qusman deyib.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilir.
10:14
938
26 Dekabr 21:03
1 246
26 Dekabr 20:09
2 100