29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
4 Oktyabr 2022 12:46
2 527
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, metronun “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb, nəticədə xəsarət alanlar var.
Hadisə bu gün səhər saatlarında baş verib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib.
"Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”, - deyə o qeyd edib.