Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Yağış çaylarda sululuğun artmasına səbəb olub

Yağış çaylarda sululuğun artmasına səbəb olub Hadisə

Yağış çaylarda sululuğun artmasına səbəb olub

Son günlər ölkə ərazisində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Trend-ə bildirib ki, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 20 sm, Viləşçay-Şıxlarda 13 sm, Lənkərançay-Sifidorda 11 sm artıb, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

“Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 157, Lənkəran-Astara bölgəsi çaylarında 110, Kiçik Qafqaz çaylarında isə 108 faizini təşkil edir”.
A.Verdiyev qeyd edib ki, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 158 m3/s-dir ki, bu da ongünlük normanın 108 faizini təşkil edir. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 156 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edib.

“Qanıx-Cəlayir məntəqəsində də suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 28 m3/s-dir. Bu da ongünlük normanın 38 faizini təşkil edir. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 42 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edib”.

Xidmət rəsmisinin sözlərinə görə, Kür çayının aşağı axınında Surra məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 106 m3/san qeydə alınır ki, bu da ongünlük normanın 19 faizini təşkil edir. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 74 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edib. Kür-Şirvanda isə suyun səviyyəsi 2 sm artıb və səviyyə 149 sm (2021-ci ildə səviyyə 115 sm) təşkil edib.