
Parlamentin ötən gün keçirilmiş iclasında deputat Zahid Oruc ölkə prezidentinə müraciət edərək fərdi evlərin əhatəsindəki hasarların sökülməsini təklif edib.
Lakin Milli Məclisin vitse-spikeri Bahar Muradova hasarların sökülməsi ilə bağlı təklifə cavab olaraq bu sözləri deyib: "Zahid Oruc hər zaman orijinal təkliflər verən millət vəkilidir. Mən bunu çox müsbət qiymətləndirirəm. Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi, hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyatyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil".