Fazil Mustafa həmsədrləri “siyasi dələduzlar” adlandırdı Hadisə

Fazil Mustafa həmsədrləri “siyasi dələduzlar” adlandırdı

ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun yaydığı son bəyanatda Avropa Şurası Parlament Assambleyasına təzyiq göstərməyə çalışmışlar.
Bunu millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa dilə gətirib.
Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdən bu şəxslərin soyadları fərqli olsa da, sırf erməni maraqlarından çıxış etdikləri artıq göz qabağındadır.
O, deyib ki, guya Assambleyanın yanvar sessiyasında Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktının qəbul olunması Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bundan ATƏT-in Minsk qrupunun üzvləri xeyli narahat olublar:"Əslində isə bu bəyanatla ATƏT-in hər üç həmsədri özlərini axmaq yerinə qoyaraq, problemin Dağlıq Qarabağ münaqişəsi deyil, məhz Ermənistanın öz himayədarlarına arxalanmaqla, Azərbaycan torpaqlarının işğalı olduğunu diqqətdən kənarda saxlamağa çalışırlar.
Artıq özlərini ermənilərin himayədarı kimi ifşa etmiş bu siyasi dələduzların Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymaq üçün rəsmi məqamlarımız ən sərt addımları atmaqdan çekinməməlidirlər".