9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
1 Fevral 2023 09:00
2 408
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 52 gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.