Abşeronda alternativ su mənblərindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək
Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir
Əraqçi: ABŞ və İranın yeni danışıqlar raundu cümə günü başlayır
“Mümkün sülh razılaşması yeni siyasi reallıqlar formalaşdırmaq potensialına malikdir”
8 Fevral 2023 22:06
2 653
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar.
Trend xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan vətəndaşlarımızı Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqəsində qarşılayıblar.
Vətəndaşlarımıza yolboyu yemək və digər xidmətlər göstərilib. Fevralın 8-də axşam saatlarında Azərbaycan vətəndaşları səfirlik əməkdaşlarının müşayiəti ilə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Vətənə yola salınıblar.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.