Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
8 May 2023 17:26
4 025
Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının idarə heyəti Tərtər rayonuna səfəri zamanı Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə müqəddəs şəhidlərimizi ziyarət etdikdən sonra, erməni vandallarının mülki əhalinin yaşadığı ərazilərə vurduğu raket zərbələrinin qalıqları olan yerlərə yenidən baxış keçiriblər.
"Xalq Cəbhəsi" xəbər verir ki, daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun dəvəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binası ziyarət edilib.
Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açaraq, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib.
Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirərək, qeyd edib ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.
Cavid
17 Sentyabr 16:53
714
17 Sentyabr 16:45
714
17 Sentyabr 16:13
798




