İmtahanlara qanunsuz texniki vasitə keçirməklə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb
Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb - FOTO
Naxçıvanda sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur
Siyasi demaqogiyanın iflası: Bir həbslə çökən “düşərgə” və kirli oyunların sonu
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
1 İyun 2023 10:01
1 890
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirilib.
APA FHN-in saytına istinadən xəbər verir ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Elmlər Akademiyası” stansiyasında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada yanğın və qatı tüstülənmənin yaranması barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.








