Əsgər özünü güllələyib Hadisə

Əsgər özünü güllələyib

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, K. Cəlilov Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.