Dövlət-din münasibətləri müzakirə ediləcək Hadisə

Dövlət-din münasibətləri müzakirə ediləcək

Türkiyə Univcersitetləri Məzunları İctimai Birliyi "Dövlət - din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr" adlı layihəsi çərçivəsində konfrans keçirəcək. Bu barədə məlumat verən İctimai Birliyin sədri Çingiz Bayramov deyib ki, Xırdalan şəhərində keçirilməsi nəzərdə tutulan konfransda ölkədəki mövcud dini durumdan danışılacaq, gənclərə radikal dini qruplaşmalara meyillənməkdən uzaq durmaq tövsiyyə ediləcək. Təşkilat sədri deyib ki, layihənin məqsədi Respublikamızda mövcud olan dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, yad və radikal sektaların təsirindən qorunmalarında gənclərin rolu və qarşısında duran vəzifələri haqqında maarifləndirici konfransların keçirilməsidir.