Şabranda yanğın olub, mal-qara yanıb Hadisə

Şabranda yanğın olub, mal-qara yanıb

Şabran rayonunun Rəhimli kəndində yanğın baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə Ağamalıyev Fərrux Fərhad oğluna məxsus təsərrüfatda qeydə alınıb. Tövlədə baş verən yanğın hadisəsi zamanı 15 baş iribuynuzlu heyvan, 100-ə yaxın toyuq və tövlənin damına yığılmış 1500 ədəd ot bağlaması yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.