“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
23 Fevral 2024 13:07
2 485
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur. Xalqcəbhəsi.az xəbər verir ki, məruzənin müzakirəsi parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib. Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiya ayrılmaqla göstərilən maliyyə dəstəyinin məbləği artırılaraq ilk dəfə 7 milyon manatı ötüb. Azərbaycanın builki dövlət büdcəsində bu məqsəd üçün 8 milyon manatdan çox vəsait nəzərdə tutulub.
Həmçinin bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, vətəndaşların hüquqlarının təmin olunması məqsədilə dövlət başçısının sənədsiz tikililərin rəsmiləşdirilməsi barədə tapşırıqlarından, eləcə də bərpa olunan enerji mənbələrindən istifadə sahəsində böyük layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətdən irəli gələrək bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə keçirilmədən birbaşa bələdiyyə qərarı ilə ayrılmasını nəzərdə tutan istisna halların dairəsi genişləndirilib.
26 Dekabr 21:03
1 036
26 Dekabr 20:09
1 295
26 Dekabr 19:13
1 078