Azərbaycan və Orta Asiya qəzetçiləri Türkiyədə görüşlərə başladı - FOTOLAR Hadisə

Azərbaycan və Orta Asiya qəzetçiləri Türkiyədə görüşlərə başladı - FOTOLAR

Dövlətin informasiya siyasətini həyata keçirən qurumun rəhbəri: "11 işçimiz tutuqlandı..."
Ankarada səfərdə olan Azərbaycan jurnalistləri görüşlərə başlayiblar. "Tarixə və Milli Birliyə Şahidlik" proqramı ilə Türkiyə Cümhuriyyəti dövlətinin təşkil etdiyi bu səfər üzrə ilk görüş TC Baş nazirliyi nəzdindəki Basın Yayın İnformasion Genel müdürlüyündə oldu. Genel müdürlüyün yeni rəhbəri Mehmet Akarca Özbəkistan, Qırğızıstan və Azərbaycandan gələn qəzetçiləri hərarətlə qarşıladı. Türkiyənin önəmli xəbər televiziyalarının da görüntüləndiyi görüşdə öncə Türkiyə cümhuriyyətinin hərbi çevrilişlər tarixi əyani görüntülərlə nümayiş etdirildi. Daha sonra isə 15 iyul , son çevriliş cəhdi ilə bağlı qısa film nümayiş etdirildi.
Azərbaycan və Qırğızıstan təmsilçiləri CNN Türk və Haber Türk televiziyalarına müsahibə veriblər.
BYİGM-də keçirilən toplantıda isə açıq söhbət getdi. Kəskin suallarla, səmimi atmosferdə gedən söhbətdə Mehmet Akarca bildirdi ki, Türkiyədə Fetö təmizlənməsi sırasında 11 nəfər də hazırda onun rəhbərlik etdiyi qurumdan tutuqlanıb. BYİGM rəhbəri bildirdi ki, hazırda Türkiyədə rəsmi vəsiqə daşıyan 43 jurnalist həbsdədir: "15 min rəsmi jurnalist vəsiqəsi daşıyan cameə üçün bu, o qədər də çox deyil", replikası verdi.
"Bunlar bizi 40 sənə uyutmuşlar", deyən, Akarca, qeyd etdi ki, həbs olunan qəzetçilər arasında onun tanıdığı həmkarları da var: "Əlimizdən şaşırmaqdan və üzülməkdən başqa bir şey gəlmir", deyə, o, fikrini yekunlaşdırdı.
Akarca bildirdi ki, Türkiyədə 2731 qəzet, 4071 dərgi, 731 televiziya, 1059 radio var.
Mehmet Akarca onu da dedi ki, 1 sentyabra qədər ATV televiziyasında yönəticisi olub. Sentyabrın 1-dən etibarən isə BYİGM-də rəhbər vəzifəyə gətirilib.
M. Akarca dedi ki, xarici güclәr Türkiyәnin qalxınmasına, toparlanmasına imkan vermirlәr. Buna imkan versәlәr, Türkiyә dünyanın әn qüdrәtli dövlәti olacaq.
Akarca ona sual verәn Qırğızıstan qәzetçisinә cavab olaraq dedi ki, Qazaxıstan vә Qırğızıstan Gülәn mәktәblәrini bağlamaqdan imtina edir. Hazırda tәkcә Qırğızıstanda 15 min FETÖ-çu var.
Səfərdə olan jurnalistlərin görüşləri davam edir və əlavə məlumat veriləcək.