“AMİP-ə müvəqqəti rəhbərliyi Arzuxan Əlizadə edir” Hadisə

“AMİP-ə müvəqqəti rəhbərliyi Arzuxan Əlizadə edir”

"Qurultayımızın dəqiq vaxtı hələ də bilinmir. 31 dekabrda AMİP-in qurultay keçirəcəyi ilə bağlı yayılan məlumatlar da yalandır. Belə bir şey yoxdur". Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib. Əli Orucovun sözlərinə görə, qurultayın keçirilməsi ilə bağlı kollegial qurumun qərarı olmalıdır: "Partiyadaxili nizamnaməyə əsasən sədrsizlik dövründə təşkilata rəhbərliyi baş katib həyata keçirir. Hazırda AMİP-də sədrin fəaliyyətlərini Arzuxan Əlizadə həyata keçirir. Müvvəqqəti olaraq üzvlərimizlə Nəsimi rayon qərargahındakı ofisimizdə toplaşırıq. Məncə tələsməməliyik. Qurultayda təkcə sədr seçilməyəcək. Proqram konsepsiyası qəbul olunacaq, qarşıya məqsədlər, hədəflər qoyulacaq. Bunun üçün də ciddi hazırlaşmalıyıq".