Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
7 Aprel 17:25
7 Aprel 17:25
7 Aprel 17:20
7 Aprel 16:53
25 İyul 2024 12:49
2 163
İyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.
7 Aprel 20:17
1 183
7 Aprel 19:15
1 253
7 Aprel 19:13
1 267