FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
7 Avqust 2024 16:05
3 297
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovun istintaqı yekunlaşıb.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən Fazil Qasımovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin edilib.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Əlavə edək ki, Fazil Qasımov Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada qəbul edilib.
Fazil Qasımov barəsində olan cinayət işi ilə bağlı qida qəbulundan imtina etdiyini bildirib, qaldırdığı məsələlər üzrə müraciətləri yerində qəbul olunub.
F. Qasımovun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması ilə də bağlı müalicə müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA