Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
7 Aprel 17:25
7 Aprel 17:25
7 Aprel 17:20
7 Aprel 16:53
Dünya bazarlarında “Brent” neftinin qiyməti 95 dollardan aşağı enib
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Qazaxıstanda qadınlar iqtisadiyyatı ələ alır: Sahibkarlıqda yeni güc balansı
Azərbaycan XİN Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
ABŞ neftin qiyməti üzrə proqnozunu 18–22% intervalında artırıb
13 Sentyabr 2024 10:26
2 226
Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.
APA xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında deyilir.
Bildirilib ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.
"Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - məlumatda vurğulanıb.
08:51
252
08:41
392
7 Aprel 20:17
1 197