Baş nazir: 2027-ci il büdcəsində ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına gələn il 3,4 milyard manat ayrılacaq
Əli Əsədov: Geosiyasi proseslər 2027–2030-cu illər üçün yeni strateji hədəflər formalaşdırır
Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
1 Noyabr 2024 16:37
3 479
Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən şəhid Mustafayev Möhübbət Qənimət oğlunun qalıqları dəfn olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhidin nəşinin qalıqları Tərtərin Seyidimli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.
Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Milli ordu sıralarında Kəlbəcərin müdafiəsində iştirak edib. 1993-cü ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində itgin düşüb.
Onun nəşinin qalıqları itgin düşdüyü Bağırsaq kəndi ərazisində aşkar edilib və kimliyi müəyyən olunub.



