Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
WUF13: Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək
ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
ÜST: Azərbaycanda yaşayan gəmiricilər arasında hantavirusa rast gəlinmir
9 Noyabr 2024 19:55
3 773
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həbib İlham oğlu Orucov odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
“Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin”, - o bildirib.