14:14
224
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) limanında lövbər salmış quru yük gəmisi naməlum mərmi ilə vurulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO BƏƏ-nin Xor-Fakkan şəhərindən 23 dəniz mili şimal-şərqdə baş vermiş insident barədə gecikmə ilə məlumat alıb. Quru yük gəmisi Dibba limanı rayonunda (limanın hüdudlarından kənarda) lövbər dayanacağında olarkən sol bortundan naməlum mərmi ilə vurulub. Gəminin göyərtəsində yanğın baş verdiyi bildirilib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb", – deyə UKMTO-dan bildirilib.
Qeyd olunur ki, hücum noyabrın 22-si axşam saatlarında baş verib, lakin bu barədə məlumat yalnız indi məlum olub.
Məryəm Quliyeva