14:11
161
Kolumbiyanın mərkəzi hissəsində yerləşən Vilyavisensio şəhərində Meta departamenti administrasiyasının yaxınlığında baş verən partlayış nəticəsində azı iki bina çöküb. Kilsə binasına da ziyan dəyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, partlayış dalğası 500 metr radiusda yerləşən binalara zərər vurub. Hadisə nəticəsində 23 nəfər yaralanıb, ölən yoxdur.
Kolumbiyanın hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər. Araşdırma aparılır. İlkin versiyaya əsasən, partlayışda ləğv edilmiş "Kolumbiya İnqilabi Silahlı Qüvvələri" (FARC) üsyançı təşkilatının keçmiş üzvləri iştirak edə bilərlər.
Məryəm Quliyeva