13:58
203
Gömrük orqanlarında əməkdaşların başqa vəzifələrə keçirilməsi və rotasiya mexanizminin tətbiqi üçün hüquqi bazanın yaradılması təklif edilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsi gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.