4 saylı Bakı “ASAN xidmət” mərkəzi açıldı Hadisə

4 saylı Bakı “ASAN xidmət” mərkəzi açıldı

Dünən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Dövlət başçısı mərkəzin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.