

14 Oktyabr 14:55
“İlham Əliyev qlobal təzyiqlər fonunda milli maraqlardan geri çəkilməyən liderdir”
Salyanda “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı tədbir keçirilib - FOTO
"Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" - Tərtərdə ilk tədbir - FOTO
Belarus Azərbaycanla birgə istehsal müəssisələri yaratmaqda maraqlıdır
Prezident İlham Əliyev "III Azərbaycan Milli Şəhərsalma Forumu" iştirakçılarına müraciət ünvanlayıb
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Nazirlər Kabineti bu Sərəncamla təsdiq edilən Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirməli, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilməlidir.