Azərbaycan Bal-E“ raket kompleksi almaq istəyir Hadisə

Azərbaycan Bal-E“ raket kompleksi almaq istəyir

Azərbaycanın Müdafiə Nazirliyi Rusiya istehsalı olan müasir "Bal-E" tipli sahil raket kompleksinə maraq göstərir.
APA-nın "Kommersant"a istinadən verdiyi məlumata görə, sözügedən kompleksləri istehsal edən "Taktiki raket silahı" korporasiyasının baş direktoru Boris Obnosov bildirib ki, "Bal-E" kompleksinin təqdimatı Astanada keçirilən KADEX 2014 sərgisində baş tutub.
Nəşrin yazdığına görə, artıq Rusiyanln hərbi-texniki əməkdaşlıq Federal xidmətinə komplekslə bağlı bir sifariş daxil olub.
"Bal-E" 2008-ci ildən Rusiya ordusunda olan "Bal" tipli sahil raket kompleksinin ixrac variantıdır. Kompleksdən ərazi suların, bazaların və sahilyanı infrastruktur obyektlərinin mühafizəsində istifadə olunur.
"Kommersant" qeyd edir ki, bir müddət öncə Azərbaycan tərəfi "Yaxont" gəmi əleyhinə raketlə təchiz olunmuş "Bastion" kompleksi ilə maraqlanıb: "Lakin Moskvanın razılıq verməməsi üzündən üçün razılaşma baş tutmayıb. İndi isə vəziyyət dəyişib. "Bal-E" kompleksi sahilyanı zonanın müdafiəsi üçün nəzərdə tutulduğu üçün Xəzər dənizinə çıxışı olmayan Ermənistanın narazılığına səbəb olmaz".