15:12
280
Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, "Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair" işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji Təminat İdarəsində keçirilən görüşdə Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi sahəsində görülən işlər barədə məlumat verilib və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.

