Berlində elektrik yarımstansiyasında yanğın baş verib Gündəm

Berlində elektrik yarımstansiyasında yanğın baş verib

Bazar ertəsinə keçən gecə Berlinin Moabit rayonundakı elektrik yarımstansiyasının ərazisində yanğın baş verib

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb.

Saat 02:40 radələrində (Bakı vaxtı ilə 04:40-da) xilasedicilərə tikinti meydançası və yarımstansiyanın bir hissəsində yanğın olması barədə məlumat daxil olub.

Kriminalistlər yanğının səbəblərini araşdırır, texniki nasazlıq və ya ehtimal olunan cinayət versiyalarını yoxlayırlar. Bununla belə, şəhərin elektrik təchizatında hər hansı fasilə yaranmayıb.

Məryəm Quliyeva