Türkiyə nümayəndəsi: Əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə ehtiyac var
“Moskva və Kiyev danışıqlara cəbhədəki mövqelərini gücləndirmək məqsədi ilə yanaşırlar”
Üç ölkə Kallasın təklif etdiyi müdafiə qrupunun yaradılmasını bloklayıb
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - 15 mlrd. dolları ötüb
14:29
301
Almaniya, İtaliya və Fransa Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın daha əvvəl təklif etdiyi Müdafiə üzrə Yüksək Səviyyəli Qrupun yaradılması layihəsinin ləğvinin arxasında dura bilərlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, təşəbbüs son anda ittifaqa üzv olan bir sıranın, ilk növbədə İtaliya, Fransa və Almaniyanın müqaviməti səbəbindən dayandırılıb. Portal qeyd edir ki, layihənin ləğvi Kallasın Berlin və Parisin onun rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətini (EEAS) Avropa Komissiyasının tərkibinə daxil etmək cəhdlərinə qarşı çıxması fonunda baş verib.
"Euractiv" vurğulayır ki, Avropanın müdafiə potensialının artırılmasına paytaxtlar arasında kifayət qədər koordinasiyanın olmaması və səmərəli planlaşdırmanın yoxluğu mane olur.
Məryəm Quliyeva