15:07
238
"Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işıəri gedir”.
Bunu Səhiyyə Nazirliyinin rəsmisi Cabir Muradov "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada deyib.
SN rəsmisi bildirib ki, Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq, bu işləri nazirlik görür: “Binalardan enerji effektivliyi pasportu tələbinin nə zamandan qüvvəyə minməsi bizə maraqlıdır. Biz xəstəxanaları layihələmdirərkən tək Azərbaycan Respublikasının qanunları deyil, ÜST-ün standartlarını da nəzərə alırıq. Maliyyə baxımından bunun perspektivi bizə maraqlıdır. Layihələmdirmə prosesində layihəçi şirkətlərin istifadə etdikləri izolyasiya materiallarını hansı standartlara uyğun tələb kimi qoyulacaq?”
Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov isə cavabında deyib ki, artıq bu tələb 1 yanvar 2027-ci ildən qüvvədə olacaq: “Hazırda binalar hansı norma və standartlar əsasında tikilirsə, gələcəkdə də belə olacaq. Standartlar nə zaman yenilənərsə, o zaman bu standartlar dəyişə bilər”.