Azərbaycan tarının beynəlxalq müsabiqədə uğuru Hadisə

Azərbaycan tarının beynəlxalq müsabiqədə uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin tar ixtisası üzrə X sinif şagirdi Fərid Məmmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "İSTE" DOD II - xalqaro tanlovi" Beynəlxalq müsabiqəsində iştirak edib.
Müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb. Təmsilçimiz müsabiqədə Azərbaycan xalq rəqsi "Turacı", V.Adıgözəlovun "Qərənfil" və A.Rzayevin "Qaytağı", həmçinin "Çoban bayatı" muğamını, T.Bakıxanovun tar ilə simfonik orkestri üçün 1 saylı konsertinin I hissəsini və özbək xalq musiqisi "Poema" əsərlərini məharətlə ifa edərək laureat adını qazanıb.
Qeyd edək ki, Fərid Məmmədovun müəllimi Əməkdar Müəllim Ramiz Əzizov, konsertmeysteri isə Svetlana Əhmədovadır.