FHN turizm obyektlərində texniki müayinələr keçirib Hadisə

FHN turizm obyektlərində texniki müayinələr keçirib

Fövqəladə Hallar Nazirliyinin(FHN) Dövlət Yanğin Nəzarət Xidməti (DYNX) turizm obyektlərində texniki müayinələr keçirib.
Xidmətdən APA-ya verilən məlumata görə, 2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə FHN tərəfindən yaradılan İşçi Qrup sözügedən müəssisələrdə yanğın-texniki müayinələrə start verib. İşçi Qrupun rəhbəri, FHN DYNX rəis müavini daxili xidmət polkovniki Arzu Əliyevin rəhbərliyi ilə bu günlərdə Bakı şəhərinin "Elit", "Clear", "AF hotel", "Vulkan", "Komfor İnn", "İron" otellərində, Qaradağ rayonundakı "SP", "Mavi dalğa", "Monteneqro İnn", "Lion Garden", "California-motel" hotellərində və Qobustan Milli Tarixi-Bədii Qoruğu Muzeyində yanğın-texniki müayinələr keçirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq qaydada tədbirlər görülmüşdür.
Bakı şəhərində keçirilən Gimnastika cempionatı ərəfəsində də İşçi Qrup tərəfindən züruri profilaktiki tədbirlər görülüb, tədbir keçirilən obyektdə və qonaqların yaşadığı "Olimpiya kəndi"ndə Dövlət Yangın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bütün sutkalıq növbətçilik təşkil edilib.