Azərbaycan vətəndaşını Kəlbəcərdə girov götürülüb Hadisə

Azərbaycan vətəndaşını Kəlbəcərdə girov götürülüb

Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb.
APA-nın News.am-a istinadən verdiyi məlumata görə, girov götürülmüş şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir.
Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir.
Məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-nın sorğusuna cavab verilməyib.
Azərbaycan Müdafiə Nazirliyi isə məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.