Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
13 İyun 2019 13:01
1 491
Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim edəcək.
Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərin "Yanardağ" qoruğuna media turu zamanı deyib.
Onun sözlərinə görə, artıq Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək:
"Biz çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun. Dünya praktikasında da çimərliklər ictimaidir, bu, bizdə də belə olmalıdır və bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər.
Hazırda vəziyyəti araşdırırıq. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələrini təqdim edəcəyik. Monitorinq nəticələrindən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik".
17 Sentyabr 16:53
819
17 Sentyabr 16:45
770
17 Sentyabr 16:13
840