Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
27 İyun 2019 13:26
1 358
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sifarişi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin hazırladığı “Danışan kitab” saytının və mobil tətbiqetmənin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Danışan kitab”ın görmə imkanları məhdud uşaqlar üçün əhəmiyyətli olduğunu bildirərək, belə layihələrin ardıcıl olaraq davam etdiriləcəyini və gələcəkdə böyüklər üçün də belə tətbiqlərin hazırlanacağını söyləyib.
Daha sonra çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov belə bir proqrama böyük ehtiyac olduğunu vurğulayaraq, layihəyə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Elxan Mərdanlı isə layihənin daha da inkişaf etdirilməsi üçün ölkəmizdəki mobil operatorları da əməkdaşlığa dəvət edib.
“Azərbaycanda ilk dəfə olaraq səsli və toxunaraq idarə olunan və pulsuz istifadə edilən mobil tətbiq hazırladıq ki, görmə imkanları məhdud insanlar heç kimin köməyi olmadan bundan rahat şəkildə istifadə edə bilsinlər”, - o qeyd edib.
30 İyun 22:01
1 211
30 İyun 21:58
1 183
30 İyun 19:11
1 281